Günün ulduz falı (19.08.2014)

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ 

Münasibətləri aydınlaşdırmağa çalışmayın. Fəaliyyətnizin maliyyə məqamlarına xüsusi diqqət ayırın. Günün ikinci yarısında fiziki işlə məşğul olun. Axşam saatlarında yaxşıca dincəlin.

BUĞA

Işlərinizi sahmana salın. Ailədə problemlərin yaranmasına imkan verməyin. Maliyyə məsələlərini həll edin. Ideyalarınızın yolunda əzmlə çalışın.

ƏKIZLƏR

Yeni işə başlamaq üçün əlverişli gün deyil. Intuisiyanıza güvənin. Gələcək planlarınızı müəyyənləşdirin. Ideyalarınızı gerçəkləşdirməyə tələsməyin, onları reallaşdırmaq üçün əlverişli zaman gələcək.

XƏRÇƏNG

Hadisələri mürəkkəbləşdirməyin. Gələcəklə bağlı ümumi planlarınızın olduğu insanla ünsiyyətdə fayda var. Maraqlarınız və tələblərinizi təmin etməyə çalışın.

ŞIR

Yaxşı olar ki, tələsik qərarlar qəbul etməyin. Mühüm işlərinizi günün ilk yarısına planlaşdırın. Günün ikinci yarısında bu işlərin bəziləri baş tutmaya bilər. Səhhətinizə fikir verin. Qida rasionunuza diqqət yetirin.

QIZ

Problemlərə görə ruhdan düşməyin. Gec-tez istəyinizə çatacaqsınız. Həmin uğurlu günün nə zaman olacağı yalnız sizin səyinizdən asılıdır. Ailədə hüzur sizdən asılıdır. Səmimiyyətiniz minnətdarlıqla qarşılanacaq.

TƏRƏZI

Yaxın ətrafınızdakı insanlar arasında sizə dəstək verməyəcək adamların varlığını sakit qarşılayın. Gəlirli məsələnin bazisinin hazırlanması üçün əlverişli gündür. Gün ərzində baş verənlər ciddi təhlil tələb edir. Qərarlar dəyişə bilər.

ƏQRƏB

Işdə münasibətlər gərginləşəcək. Əvvəllər gerçəkləşdirə bilmədiyiniz iş bu gün qəflətən həllini tapacaq. Zəhmətiniz nəticəsiz qalmayacaq.

OXATAN

Baş verənlər narahatlıq, diskomfort, müvəqqəti olaraq tənhalıq hissi yarada bilər. Borcları qaytarmaq, kredit üzrə ödəniş etmək üçün yaxşı vaxtdır. Işdə qayda yaradılması, təşkilati məsələlərlə məşğul olun.

OĞLAQ

Yeniliklərə və sürətli, ani qərarlara hazır olun. Qəfil çətinliklər və planların pozulmasını sakit qarşılayın. Izafi səy göstərməyin, çünki əsas məqsədə çatmaq asan deyil. Səhhətinizi də unutmayın.

DOLÇA

Şəxsi münasibətlərdə asan olmayan dönəmdir. Gözləntilərin uzandığı məqamda hövsələsizlik emosional partlayışa səbəb ola bilər. Başqa birinin diqqətinizi çəkməsi istisna deyil.

BALIQLAR

Maliyyə məsələlərinin həlli üçün əlverişli gündür. Məqsədlərinizi konkretləşdirin, hədəfə çatmaq üçün fəal olun. Şəxsi müstəvidə seçib sevdiyiniz insan sizdən diqqət və qayğı gözləyir.