Rusiyada hətta donuz qıtlığı da başlayıb

Rusiya paytaxtında bu gün səhərdən başlayaraq donuz ətinin qiyməti daha 10 rubl yüksəlib. Sanksiyalar Rusiyaya donuz ətinin idxalına da problem yaradıb. Bundan başqa, paytaxt mağazalarında dondurulmuş balıqlar yoxa çıxmağa başlayıb. Dünyanın ən böyük dəniz dövləti sayılan Rusiya, sən demə dondurulmuş balığı da idxal edirmiş. Moskva şəhər ticarət vğ xidmətlər departamentinin təhbəri Aleksey Nemiryuk medyaya bildirib ki, narahat olmağa əsas yoxdur və Latın Amerikasının 100-dən artıq şirkəti Rusiyaya balıq daşıyacaqlarına söz veriblər. Bu həftə isə Çilidən dondurulmuş balıq gətirəcək ilk təyyarə Moskvada qəbul ediləcək. Nemiryuk əlavə edib ki, bu vaxta qədər əsasən İspaniyadan və Yunanıstandan gətirilən ərik bundan sonra Azərbaycandan, Türkiyədən və Özbəkistandan gətiriləcək.

azadliq.info