Kansler Riqada Rusiyaya qarşı sanksiyalardan danışdı
Almaniya kansleri Angela Merkel Rusiyaya qarşı sanksiyaların tətbiqinin lazım olduğunu bəyan edib. Merkelin fikrincə, reaksiyanın verilməməsi vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilərdi.
“Niyyətimizin ciddiliyini tam nümayiş etdirmək üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etmək lazım idi. Heç nəyi etmədən, yalnız vəziyyəti ağırlaşdırmaq olardı”, deyə Merkel Riqada Latviyanın baş naziri ilə görüşdən sonra bildirib.
Bu arada “France Presse” agentliyi məlumat yayıb ki, Merkel Ukrayna prezidenti Poroşenkonun dəvətini qəbul edərək, avqustun 23-də Kiyevə getməyi planlaşdırır.