Sibirdə geniş muxtariyyat tələbləri səslənir

Avqustun 17-də Novosibirskdə “Sibirin federallşaması naminə” marş keçirəcəklərini bəyan edənlərdən biri Konstantin Yeremenko saxlanıb. Bu barədə “OVD-info”ya jurnalist Maksim Sobiyeski məlumat verib.

Məlumata görə, avqustun 16-da “Milli bolşevik platforması”nın qurultayında tutulan Aleksey Baranov və Aleksandr Atabaevin də dindirlməsinə başlanıb. Novosibirsk fəalları ehtimal edirlər ki, Yeremenko istintaqa cəlb olunacaq.

Bir gün əvvəl Rusiya kütləvi informasiya vasitələri yazıblar ki, Novosibirski hakimiyyəti avqustun 17-nə təyin edilən “Sibirin federallşması naminə” marşının keçirilməsinə icazə verməyib.

Son günlər Novosibirski fəalları onlara təzyiqlərdən şikayətçidirlər.

Beləki özünü təhlükəsizlik qüvvələrinin əməkdaşları kimi təqdim edənlər onların qohumlarına və dostlarına hədələyici zənglər ediblər. “Teleqraf” saytının yazdığına görə, valideynləri Aleksey Baranovun mənzilinin qarşısından kəsilmiş qoyun başı tapıblar. 

Altay vilayətində isə fəal Mixail Poulin saxlanıb. O, da «Milli-bolşevik platforması”nın üzvüdür. Krasnodarda da təşkilatın bir üzvü “kiçik xuliqanlıq”a görə həbs edilib.

Federallaşma tərəfdarları regiona Rusiyanın tərkibində böyük muxtariyyat verilməsini tələb edirlər. (azadliq.org)