Şimali Osetiya müftisinin müavini Rəsul Həmzətov Vladiqafqazda yaşadığı evin qarşısında odlu silahdan açılan atəşlə öldürülüb. Modern.az saytı xəbər verir ki, qətldən əvvəl iki cavan insan Rəsul Həmzətovu pusub. Qətlin hansı səbəbdəb törədildiyi bilinmir. Faktla bağlı cinayət işi açılıb. Qeyd edək ki, Vladiqafqaz məscidinin əvvəlki imamı İbrahim Muradov da 2012-ci ilin dekabrında öldürülüb. Lakin cinayət işinin üstü hələ də açılmayıb.