Rusiyanın yardım maşınları boş imiş FOTO

Rusiyadan Ukraynanın şərqinə humanitar yardım aparan yük maşınlarının boş olduğu ortaya çıxıb. Ukrayna saytlarında  humanitar yardım maşınlarının içərisinin yarıboş olmasını sübut edən fotolar yayılıb. Fotolarda iri tonnajlı “KamAZ” maşınlarının yük yerində çox cüzi yardımların yer aldığı əks olunub.

 Qeyd edək ki, bundan əvvəl humanitar yardım aparan maşınlarda separatçılar üçün silah aparıldığı da iddia olunmuşdu.