Rəşadət Axundov vəkilindən imtina etdi

“Nida” vətəndaş hərəkatının həbsdə olan üzvü Rəşadət Axundov vəkilindən imtina edib. Bu barədə gənc fəalın həyat yoldaşı bildirib. Onun sözlərinə görə, R.Axundov zəng edərək Elçin Sadıqovun xidmətindən imtina etdiyini deyib və bunun ictimaiyyətə çatdırılmasını xahiş edib: “Rəşadət Elçin Sadıqova indiyə kimi göstərdiyi əməyə görə təşəkkür edir, amma indən belə onun vəkilliyindən imtina edir”.