
Rusiyada dövlət tərəfindən idarə olunan enerji nəhəngi “Rosneft” Qərbin tətbiq etdiyi sanksiyalardan sonra hökumətdən 42 milyard dollar borc istəyib. Hökumət deyib ki, “Rosneft”in rəhbəri İqor Seçinin xahişinə növbəti iki həftə ərzində baxacaq.
Rusiyaya qarşı sanksiyalara görə “Rosneft”in maliyyə toplamaq imkanları məhdudlaşıb. “Rosneft” pulu Milli Rifah Fondundan istəyib. Bu fond dövlət təqaüdlərini maliyyələşdirir.
Ötən ay ABŞ “Rosneft” və “Novatek” şirkətlərinə qarşı sanksiyalar tətbiq edib. “Novatek” Rusiyanın ikinci ən böyük qaz istehsalçısıdır (ans press).


