Günəşlidə avtobus böhranı yaranıb

Dünən Günəşlidə baş verən avtobus qəzasından sonra bu gün həmin istiqamətdə işləyən avtobuslarda reydə başlanılıb. Nəticədə Neftçilər-Günəşli marşrutu ilə işləyə 50 saylı avtobus xəttən çıxarılıb. Bu da sərnişinlərin narahatçılığına səbəb olub. Səhər saatlarında bu istiqamətdə sıxlıq yaranıb. Avtobus tapa bilməyənlər məcburiyuət qarşısında qalıb taksidən istifadə edir. Hələlik problemin necə həll olunacağı bəlli deyil.

azadlıq.info