“O bu yay Krıma gedən yeganə turistdir”
ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin Krıma səfərini ələ salıb. Departamentin sözçüsü Mari Harf ənənəvi günlük brifinq zamanı deyib: “Bildiyim qədər, Putin bu yay Krıma gedən yeganə turistdir”.
Mari Harf bu ironiyasını ifadə etmək üçün bütün brifinq boyu məqam gözlədiyini də gizlətməyib.
Departament sözçüsü sonra daha ciddi tərzdə əlavə edib ki, Krımın Rusiyaya birləşdirilməsi ilə yarımadanın turizm sektoru ciddi itkiyə məruz qalıb: “Rusiyanın təcavüzündən sonra Krımın turizm sektoru tamamilə çöküb. İnsanlar ora getmirlər”.
azadliq.info