Con Kerrinin təyyarəsi qəzaya uğradı

Bu gün ABŞ-a qayıtmalı olan dövlət katibi Con Kerri kommersiya təyyarəsindən istifadə etməyə məcbur olub. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Əfqanıstan, Myanma, Avstraliya və Solomon adalarına etdiyi səfərlərdən sonra Havay adalarına gələn Kerrinin dövlət tərəfindən ayrılan təyyarəsi nasazlıqla üzləşib. Dövlət katibi ona təqdim olunan təyyarənin texniki vəziyyətinə görə narazılığını bəyan edib.

Xarici mətbuat qeyd edir ki, 2013-cü il fevralın 1-dən başlayaraq dövlət katibi fasiləsiz olaraq dünyanı gəzir. Onun Yaxın Şərqə etdiyi çoxsaylı səfərlər heç bir nəticə verməyib.