AXCP mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Ədliovun qardaşı Murad Ədilovun həbsi ilə bağlı Demokratik Qüvvələrin Milli Şurası bəyanat verib. Bəyanatda deyilir:
“Avqustun 11-də Sabirabad rayonunda Bakıdan getmiş əməliyyat qrupu ilə yerli polis AXCP mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist, “Azadlıq” qəzetinin və “Azərbaycan saatı”nın əməkdaşı Natiq Ədliovun ata evinə basqın edib. Basqın guya Ədilovlar ailəsinin üzvü Muradın narkotik maddə saxladığı haqda məlumat almaları ilə əsaslandırılıb. Polislər evdəkilərə qarşı kobudluq göstərib, otaqlarda qanunsuz axtarış aparıb və guya axtardıqları narkotik maddəni tapıblar. Bundan sonra Murad Ədilovu həbs edərək özləri ilə aparıblar.
Bir gün ərzində Murad Ədilovun harada saxlandığını öyrənmək mümkün olmayıb. Yalnız məsələ ictimailəşəndən və böyük əks-səda yaranandan sonra, avqustun 12-də bəlli olub ki, Murad Ədilov Sabirabad rayon polis şöbəsində saxlanılıb. Həmin gün onu Bakıya, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətiriblər.
Qardaşı Natiq Ədilovun əldə etdiyi məlumatlara görə, Murada Sabirabad polisində fiziki zor tətbiq olunub. Bakıda Murad Ədilovun vəkili iki gün ərzində nə qədər çalışsa da, MCQMİ-də onunla görüşə buraxılmayıb. Bu isə Murada həqiqətən də fiziki zor tətbiq olunduğunu, xəsarət izlərinə görə onu vəkilindən gizlətdiklərini deməyə əsas verir.
Avqustun 13-də günortadan sonra Nərimanov rayon məhkəməsi Murad Ədilov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.
Milli Şura bəyan edir ki, Murad Ədliovun narkotiklə şərlənərək həbs edilməsi bilavasitə onun qardaşı Natiq Ədilovun ictimai-siyasi fəaliyyəti ilə bağlıdır. Murad Ədilovun özü də AXCP-nin yerli şöbə fəallarından olmaqla, hakimiyyətin “qara siyahısına” düşə bilərdi. Lakin əməliyyat qrupunun Bakıdan göndərilməsi təsdiqləyir ki, bu həbs Natiq Ədilova qarşı yönəlib. Hakimiyyət faktiki olaraq, qardaşını girov götürməklə Natiq Ədilovu ictimai-siyasi fəaliyyətindən, xüsusən də jurnalist kimi kəskin tənqidi mövqeyindən çəkindirmək istəyir. Bu mənada Murad Ədilovun həbsi də son günlər ictimai-siyasi fəallara qarşı güclənən repressiyanın tərkib hissəsidir.
Milli Şura Murad Ədilovu heç bir mübahisə və şübhə olmadan siyasi məhbus sayır və onun dərhal azadlığa buraxılmasını tələb edir.
Milli Şura Azərbaycan hakimiyyətini belə repressiv siyasətlə ölkəni lüzumsuz qarşıdurma və gərginliyə sürüklədiyini dərk etməyə çağırır. Xəbərdar edir ki, cəmiyyətə divan tutmaq istəyi nəticə etibarilə onsuz da uğur qazanmayacaq və yalnız hakimiyyətə qarşı ictimai nifrəti artırmaqla, bugünkü mənsəb sahiblərinin gələcək taleyini sual altına salacaq.
Milli Şura hakimiyyəti bir daha dərindən düşünməyə, tutduğu yanlış yoldan imtina edib repreesiyanı dayandırmağa və bütün siyasi məhbusları yubanmadan azadlığa buraxmağa çağırır.
Milli Şura bundan sonra da qanunun imkan verdiyi bütün imkanlarla siyasi məhbusların, o cümlədən Murad Ədilovun müdafiəsində duracağını bəyan edir”.