Bu gün tanınmış ilahiyyatçı alim Tale Bağırovun məhkəmə prosesi keçirilib. “AzadXeber.net”in verdiyi məlumata görə, proses Sabunçu Rayon Məhkəməsində baş tutub.
Taleh Bağırovun kamerasından tapılan mobil telefonla bağlı baş tutan məhkəmə prosesində ilahiyyatçının cəza müddəti 4 ay artırılıb. Bununla da ona verilən həbs müddəti 2 il 4 ay oldu.
Xatırladaq ki, T.Bağırov martın 31-də sürücüsü Anar Məlikovla birlikdə qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilmişdi. Məhkəmə onun barəsində 2 il həbs Anar Məlikov barəsində isə 1 il 7 ay azadlıqdan məhrum etmə cəzası çıxarıb. Lakin tərəfdarları həbsin əsl səbəbi kimi T.Bağırovun hakimiyyəti kəskin şəkildə tənqid etməsini göstərirlər.