Ərşad İbrahimov 11 il azadlıqdan məhrum edildi

O, ittihamları rədd edib

Kəlbəcər rayon Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovun müraciəti əsasında həbs olunan jurnalist Ərşad İbrahimov avqustun 13-də Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 11 il azadlıqdan məhrum olunub.

Meydan TV-yə daxil olan məlumata görə, Ərşad İbrahimov barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdı. Onun istintaqı qapalı keçirildikdən sonra Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərildi.

Ərşad İbrahimov ona qarşı irəli sürülən ittihamları rədd edib.