2014-cü ilin ilk yarımilində «Qazprom»un gəlirləri təxminən 155 mlrd rubl təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36% azdır. Bu barədə şirkətin rüblük hesabatında deyilir.
Gəlirlərin azalması şirkətin xərclərinin artması, həmçinin Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyalarla bağlıdır.
Eyni zamanda «Qazprom» ASC-nin idarə heyəti üzvləinin gəlirləri ilk yarımildə 119 mln 197 min rubl olub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% çoxdur.
azadlıq.info