Gül vida ziyafəti verib

Türkiyənin 11-ci prezidenti Abdullah Gül Çankaya iqamətgahında təşkil etdiyi vida görüşündə “Sayın seçilmiş prezidentim” dediyi Rəcəb Tayyib Ərdoğanı təbrik edib. AKP-nin gələcəyi və Gülün partiyaya qayıtmağı haqqında danışan Ərdoğan bunda bir məna axtarmamağı tövsiyə edib. 

“Kabinetdə dəyişikliklər olacaqmı?” sualına Ərdoğan “Bir çox erkən suallar var. Bir az səbirli olun” cavabı verib. Ərdoğan çıxışinda həmçinin bildirib ki, AKP başqanı ilə baş nazir ayrı şəxslər olmayacaq. 

Siyasətdə boşluqları qəbul etməyən Ərdoğan ilk işinin əmələ gələ biləcək boşluqları aradan qaldırmaq olacağını bildirib.