“Ağıllı” motosiklet şlemi yaradıldı

Şlemdə olan kamera sayəsində motosikletçi çətin manevrlər zamanı başını arxaya çevirməli olmayacaq

San-Fransiskodan olan Skully şirkəti motoşlemə arxa görüntü kamerası, smartfonlar sinxronizasiya və GPS-naviqasiya sistemi quraşdırmaqla, qeyri-adi yeniliyə imza atıblar. 

Şlemdə olan kamera sayəsində motosikletçi çətin manevrlər zamanı başını arxaya çevirməli olmayacaq. 

Panorama görüntü şlemin sağ hissəsindəki kiçik displeydə əks olunacaq. Bundan əlavə, motoşlem Buetooth vasitəsilə Android və iOS platformalı smartfonlarla sinxronizasiya edilib. Bu isə hərəkətdə olarkən zəng etmək və gələn zəngləri qəbul etmək, musiqi dinləmək və GPS antenna vasitəsilə marşrutu koordinasiya etməyə yardımçı olacaq. (buro247.az)