Abşeronda binada yanğın olub

Abşeron rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca elekrtrik kabelləri 21 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 21 nəfər bina sakini təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 02:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb. (trend.az)