ABŞ səfiri Ermənistana xəbərdarlıq edib

ABŞ-ın Ermənistandakı səfiri ölkəsinin sanksiya siyahısına düşən şirkətlərlə əməkdaşlıqın riskləri ilə bağlı erməni hökumətinə və yerli biznes strukturlarına xəbərdarlıq edib. Bir müddət əvvəl də ABŞ-ın Ermənistandakı səfirliyi erməni iş adamlarını Rusiya şirkətləri və sanksiyaya məruz qalan fiziki şəxslərlə əməkdaşlıqdan əl çəkməyə çağırıb. 
Xatırladaq ki, sanksiyaya məruz qalanlar arasında “Qazprom”, “Rosneft”, VTB, Bank Moskva, Rosselxozbank və digər müəssisələr də var. “Rosneft”in Ermənistana 400 mln dollar investisiya qoymağı planlaşdırır. 

azadliq.info