Norveç Avropa Birliyinin yeni sanksiyalarına qoşulacaq
Norveç Rusiyaya qarşı Avropa Birliyinin sanksiyalarına qoşulacaq. Norveç höküməti Rusiya iqtisadiyyatı barəsində Avropa İttifaqının sanksiyalarına qoşulmağa qərar verib.
Bu haqda Norveçin Xarici İşlər Nazirliyi sərəncam imzalayıb. 6 avqustda Rusiya prezidenti Vladimir Putin Rusiya barəsində sanksiyalar qəbul edən ölkələrdən Rusiyaya xammalı, kənd təsərrüfatı məhsulunu və ərzağı idxal etməyi qadağan edib.
7 avqustda isə Rusiya Nazirlər Kabineti Avstraliyadan, Kanadadan, Avropa Birliyindən, ABŞ-dan və Norveçdən ətin, quşun, balığın, pendirlərin, südün və meyvə-tərəvəz məhsulunun çatdırılmalarına qadağa qoyub.
Avropa komissiyasının sədri Joze Manuel Barrozu Vladimir Putinə bu məsələ ilə bağlı Avropa İttifaqının cavab addımının olacağını bildirib. (ans)