Avropa Birliyi Şurasının prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının prezidenti Joze Manuel Barroso Türkiyədə prezident seçkilərində qələbəsi münasibətilə Rəcəb Tayyip Ərdoğanı təbrik ediblər. Təbrikdə deyilir ki, Türkiyə AB üzvlüyünə namizəd, xarici siyasət müttəfiqi kimi Birlik üçün mühüm önəmə malik qonşu ölkə, önəmli ticarət ortağıdır. AB rəsmiləri bütün bu sahələrdə Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyi səbrsizliklə gözlədiklərini qeyd ediblər.
“Yeni vəzifənizin gərəktirdiyi birləşdirici rolu yerinə yetirəcəyinizə və Türkiyə cəmiyyətinin bütün təbəqələrini, inanclarını, hiss və düşüncələrini, yaşam tərzini əhatə etməyə çalışacağınıza güvənirəm”, – deyə təbrikdə bildirilir.
Rompuy və Barroso Ərdoğanın Kürd probleminin həlli üçün göstərdiyi səyləri və Kiprdə sülhə nail olmaq naminə dəstəyini davam etdirəcəyini gözlədiklərini bildiriblər.
azadliq.info