Türkiyədə seçki başladı

Saat 10:00-da başlayan seçki 19:00-a kimi davam edəcək

Türkiyədə prezident seçkisinə start verilib. 

Bakı vaxtı ilə saat 10:00-da başlayan seçkilər 19:00-a kimi davam edəcək. Seçkilərdə 52 milyon 894 min 115 qeydiyyata alınmış seçici iştirak edəcək. 

Türkiyənin 12-ci prezidenti ilk dəfə millətin verəcəyi səslərlə müəyyən olunacaq. 

Yeni prezident 5 il vəzifə yerinə yetirəcək və 5 il sonra keçiriləcək seçkilərə də qatıla biləcək. 

Seçkidə Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Rəcəb Tayyib Ərdoğan, Xalqların Demokratik Partiyasının (HDP) namizədi Səlahəddin Dəmirtaş və CHP-MHP-nin ortaq namizədi Ekmələddin İhsanoğlu mübarizə aparacaq. (anspress.com)