Maradona jurnalisti döyüb

Məşhur futbolçunun yenə də media nümayəndələrilə münaqişəsi yaranıb

Məşhur futbolçu Dieqo Maradona jurnalisti döyüb. Argentinanın futbol ulduzu Maradonanın yenə də media nümayəndələrilə münaqişəsi yaranıb.

Hadisə avtomobil magistralında qeydə alınıb. Belə ki, Maradona oğlu ilə teatra yollanan zaman jurnalistlər onun qarşısını kəsərək müsahibə almaq istəyiblər.

Nəticədə Maradona jurnalistlərin qəfil “hücumuna” dözməyərək onlardan birinə sillə vurub. (ans)