Bakıda aptekə silahlı basqın olub

Naməlum şəxslər pulu götürüb aradan çıxıblar 

Bakıda quldurluq hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsi 131 ünvanında yerləşən aptekə 2 nəfər naməlum şəxs basqın edib. Bıçaqla silahlanmış həmin şəxslər aptekin sahibi, 1960-cı il təvəllüdlü Quliyev Orucəli Tapdıq oğlunu vurublar. Onlar obyekt sahibini bıçaqladıqdan sonra aptekdə axtarış aparıblar və 220 manat pulu götürərək qaçıblar.

Hazırda basqınçıların şəxsiyyətinin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.