SOCAR Türkiyə mediaholdinqdəki payını satır

ARDNŞ “Star” mediaholdinqində payını satmaq niyyətindədir. Bunu SOCAR Türkiyənin rəhbəri Kənan Yavuz deyib. Onun sözlərinə görə, “SOCAR Türkiyə” olaraq iri layihələr üzərində işləyirlər və mediaya lazım olduğu qədər vaxt ayıra bilmirlər.

“Star Medya qurupda”kı 50 faizlik payın satılması planlaşdırlır. Bu məqsədlə Fəttah Taminceyə ilə danışıqlar başlayıb. Əgər danışıqlar müsbət nəticələnsə təhvil-təslim işləri reallaşacaq.

“SOCAR Türkiyə olaraq işlədiyimiz layihələr böyük olduğu üçün təssüf ki, mediyaya lazımi qədər vaxt ayıra bilmirik. Bu danışıqlar müsbət nəticələnsə Türkiyə iqtisad tarixinin ən önəmli layihələrinə daha çox vaxt ayıra biləcəyik”.