ABŞ-da erməni-azərbaycanlı qarşıdurması

Sərdar Bağırzadə soydaşlarımızın onu dəstəkləyəcəyinə inanır

Bir neçə gün əvvəl Amerikada, Kaliforniya ştatında mühacirətdə yaşayan həımvətənimiz Sərdar Bağırzadənin problemlə üzləşdiyi barədə ölkə mətbuatında məlumatlar getmişdi. Sərdar Bağırzadə sabiq polis zabitidir. ABŞ-a mühacirət etdikdən sonra fəal ictimai fəaliyyət göstərir. 

O, Los- Ancelesdə ənənəvi olaraq keçirilən «Dünya sülh çağırışları» konfransında 3 dəfə iştirak edib. Bu konfransların birində isə  Los Ancelesin keçmiş qubernatoru, erməni əsilli, ABŞ-da erməni milli assambleyasının vitse-prezidenti Duken Can ilə mübahisəsi olub. Bu tədbirdə S. Bağırzadə BMT-nin havada qalmış 4 qətnaməsi haqqında çıxış edərkən Duken Canla mübahisəyə görə mühafizəçilər onu salondan çıxarıblar. İyulun 23-də Yaponiyanın SOCA təşkilatının “bütün dünyada sülh” adı altında təşkil etdiyi konfransda da iştirak edən Sərdar Bağırzadə fasilə zamanı Bakıya zəng edərək azərbaycanca danışıb və bu zaman bir erməni jurnalisti ona yaxınlaşaraq təhqir etmətyə başlayıb. Bu zəmində mübahisə böyüyüb və Bağırzadə ernmənini itələyərək özünü müdafiə edib. Qalmaqaldan bir müddət sonra erməni gənclər ona hücum edərək qisas almaq istəyiblər o isə təbii ki, özünü müdafiə etməyə başlayıb. Sonra Bağırzadəni həbs edərək Nord Hollivudun Burbank rayon polis departamentin apararaq orada dindiriblər və 8 saat orada saxlayıblar. Polisdə olduğu zaman ümumiyyətlə, bu münqaşəyə dəxli olmayan bir nəfər onun üzünə durub ki, guya onu Sərdar Bağırzadə döyüb. 

İndi Bağırzadə hüquqi müstəvidə müdafiə olunmaqla məşğuldur, amma ciddi çətinlikləri var. O deyir ki, erməni diasporasının əsas mərkəzlərindən olan Los- Ancelesdə hüquqi yardım əldə etmək də ciddi problemlər doğurur. Qarşı tərəfin daha güclü vəkillər tutmaq və ona qarşı ittihamları əsaslandırmaq imkanları daha böyükdür. Bunun nəticəsidir ki, Sərdar Bağırzadənin işini kriminal məhkəməyə göndərməyə nail olublar.

Kaliforniyadakı Azərbaycan konsulluğu isə başqa şəhərdə, San-Fransiskodadır. Deyəsən, konsulluğun Los- Ancelesdə yox, San- Fransiskoda olması da elə, erməni məsələsi ilə bağlıdır. 

Hər halda, Bağırzadənin müdafiəsi üçün daha konkret işlər görmək istəyənlərin tapılacağına ümid edirik. Sərdar Bağrzadə «Azadlıq»da bir sıra yazılarla çıxış edib. Bu yazılar, əsasən, geosiyasi və politoloji məsələlərlə bağlıdır və maraqla qarşılanır. 

azadlıq.info