“Ancaq istənilən halda Rusiya Ukraynanı itirdiyi kimi Cənubi Qafqazı, hətta Ermənistanı da itirəcək”
Cəbhədəki son erməni təxribatından və prezident İlham Əliyevin srağagün Ağdamda Ermənistan prezidentini faşist, xunta başçısı, kriminal adlandırandan sonra bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə üçtərəfli görüş keçirilməsi nəzərdə tutulub.
Amma Azərbaycanda bu görüşdən heç bir nəticə gözləməyənlər üstünlük təşkil edir. Fikirlərini Moderator.az-la paylaşan Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının rəhbəri Gültəkin Hacıbəyli də Rusiyaya etibar etməyənlərdəndir:
“Soçi görüşündən heç nə gözləmirəm. Xalqımız boş illüziyalara qapılmasın. Rusiya bizə torpaq qaytarmayacaq, məqsəd hər iki tərəfə və dünyaya əzələ nümayişidir. Vilnüs sammitimdə Risiya Qərb qarşıdurmasının episentri Ukrayna idisə, indi təmas xətti Cənubi Qafqaza- Azərbaycana doğru sürüşüb. 2015-ci ilin martına Riqa sammitinədək Rusiya Jirinovski demiş, son ümidi olan Azərbaycana maksimum təzyiq edəcək. Bu həm cəbhə xəttində insidentlər, həm də separatçılığın dəstəklənməsi şəklində ola bilər. Ancaq istənilən halda Rusiya Ukraynanı itirdiyi kimi Cənubi Qafqazı, hətta Ermənistanı da itirəcək.”