Aşkarlanmış silah və sursatlar polisə təhvil verilib
Son günlərdə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunun tullantıların qəbul sahəsinə aparılan mütəmadi baxış zamanı müxtəlif silah və sürsatlar aşkarlanıb və ümumi tullantı kütləsindən xaric edilib.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 86 ədəd 7,62 mm ps patronu, 32 ədəd 5,45 mm ps avtomat patronu, 11 ədəd ov tüfəngi patronu, 2 ədəd avtomat darağı, 2 ədəd süngü bıçaq və 1 ədəd fişəng “Təmiz Şəhər” ASC-nın məsul şəxsləri tərəfindən təhvil-təslim aktı əsasında 12-ci polis bölməsinə təhvil verilib.