İstanbulda bina çökdü, yaralılar var

Türkiyənin İstanbul şəhərində yaşayış binasında naməlum səbəbdən çökmə meydana gəlib. 

Hadisə Fatih rayonu, Dərviş Əli məhəlləsi, Vaiz küçəsində baş verib.

Hadisə yerinə çox sayda yanğınsöndürmə və axtarış – xilasetmə briqadaları cəlb olunub.

Məlumata görə, bina sakini olan 2 nəfər dağıntıların altından yaralı olaraq xilas olunub.

Bir nəfərin xilas edilməsi üçün hal-hazırda axtarış və xilasetmə işləri davam edir. (anspress.com)