Snouden Rusiyada yaşama hüququ aldı

ABŞ-ın eks kəşfiyyatçısı 5 ildən sonra Rusiya vətəndaşlığına iddia edə bilər

Amerika xüsusi kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Edvard Snouden Rusiyada yaşamaq hüququ aldı. Onun Rusiya Federasiyası ərazisində qalma müddəti üç il uzadılıb. Bu barədə onun vəkili Anatoli Kuçerena açıqlama verib. 

“Qərar ərizə əsasında qəbul edildi. Edvard Snouden müvafiq olaraq 1 avqust 2014-cü ildən Rusiyada 3 il ərzində yaşama hüququ aldı” – deyə o, bildirib. 

ABŞ-da kəşfiyat orqanlarının vətəndaşların və hətta xarici dövlət başçılarının telefonlarını dinləməsi haqda sənədləri açıqlaynadan sonra  Snouden Rusiyada keçən ilin avqustunda 1 illiyə sığınacaq almışdı. Onun müddəti bu il iyulun 31-də bitmişdi. 

ABŞ Snoudenin verilməsini tələb edir.