ser-rep

Sərhədsiz Reportyorlar «Azadlıq»a dəstək aksiyasına çağırdı

“İlham Əliyev söz azadlığını məhv etməkdədir”

“Beynəlxalq ictimaiyyət Azərbaycanda son tənqidi səslərin məhv edilməsinə biganə qalmamalıdır”

«Sərhədsuz Reportyorlar» təşkilatı «Azadlıq»ın çapına yaranan problemlə bağlı öz saytında məlumat yerləşdirib. Bu məlumata qəzetin baş redaktoru Qənimət Zahidin problemə münasibəti və Azərbaycanda medya azadlıqları və insan haqları ilə əlaqədar gərginliklər daxil edilib:

«Avropa Şurası Nazirlər Kabinetinə sədrlik dönəmi başlasa da, Əliyev hökuməti müstəqil səslərin boğulması üçün bütün imkanlarını səfərbər etməkdədir. Avqustun 1-də ölkədəki əsas müxalifət qəzeti olan «Azadlıq» bir daha öz çapını dayandırmağa məcbur olub. Hakimiyyətin tənqidi səsləri boğmaq kampaniasını gecləndirdikləri indiki ərəfədə, bu, KİV plüralizminə növbəti zərbə sayıla bilər.
Azərbaycanda ab-hava «Azadlıq» kimi müstəqil qəzetlərin boğulması üçün «münbitləşməkdədir».
Dövlətə bağlı olan «Gasid» satış şəbəkəsi qəzetin satışından əldə olunan vəsaiti qəzetə vermir. Bu günə qədər bu şirkətin «Azadlıq» qəzetinə 70 min manat (təqribən 67 min avro) borcu var. Bu gəlirdən məhrum edilən qəzet başqa bir dövlət şirkəti olan nəşriyyata 20 min manat borclu qalıb.
«Sərhədsiz Reportyorlar»ın Şərqi Avropa və Mərkəzi Asiya Bürosunun rəhbəri Yohann Bihr bildirib ki, «Azadlıq» bir daha hakimiyyətin yürütdüyü maliyyə senzurası strategiyasının qurbanı olmaqdadır. İlham Əliyev hökuməti isə plüralizmi indi sədrlik etdiyi Avropa Şurasının dəyərlərindən biri olaraq məhv etməkdədir. Beynəlxalq ictimaiyyət Azərbaycanda son tənqidi sələrin məhv edilməsinə biganə qalmamalıdır».

Azərbaycanda reklam bazarının dövlət tərəfindən tənzimlənməsi «Azadlıq» qəzetini reklam gəlirlərindən məhrum edir. Mətbuat yayımı sahəsində edilən bir sıra dəyişikliklər isə bu qəzeti «Qasid» kimi firmalardan asılı duruma salır. Hələ 2011-ci ildən Bakıda səyyar qəzet satışı sıxışdırılmaqdadır, 2013-cü ildə metroda qəzet satışı ləğv edildi. Bu iki satış kanalı üzrə qəzetlərin tirajının 30 faizə qədəri satılırdı. 2012-ci ildən sonra “Qasid”də qəzet satışı da əhəmiyyətli dərəcədə aşağı düşməyə başladı. Belə ki, “Qasid”ə məxsus olan köşklərin yığışdırılması və onların yerinə qəzetdən daha artıq başqa şeyləri satan mağazaların qoyulması qəzet satışına ciddi zərbə vurmaqdadır.
«Azadlıq»ın baş redaktoru və Sərhədsiz Reportyorların bu ilin 3 mayında müəyyən etdiyi «100 informasiya qəhrəmanı»ndan biri olan Qənimət Zahid bildirib ki, bu, qəzetin nəşrini müvəqqəti olaraq dayandırmağa məcbur olduğu ilk hal deyil. Hələ ötən əsrin 90-cı illərindən «Azadlıq» get-gedə sərtləşməkdə olan bu cür təqiblərin hədəfindədir.
2012-2013-cü illərdə də “Qasid”in yaratdığı problemə və «Azadlıq»ı vurmaq üçün məqsədli olaraq kəsilən astronomik cərimələr, bank hesablarının isə dondurulması qəzetin müvəqqəti olaraq nəşrini dayandırması ilə nəticələnmişdi.
Olduqca gülməli ittihamlarla həbsxanada da zaman keçirmiş Zahid bildirib: «Azadlıq yalnız bizim qəzetin adı deyil, o, insanın və bəşəriyyətin mahiyyətidir və buna görə də yaşayacaq. Biz öz adımızın anlamını və bu adın bizə verdiyi missiyanı dərk edirik, məhz, buna görə də, öz ölkəmizdə söz azadlığı uğrunda sona qədər mübarizə aparacağıq. Biz bilirik ki, bəşəri dəyərlər uğrunda mübarizə hüdud tanımır. Diktatorların bu azadlıqları boğmaq üçün eyni metodları tətbiq etdiyini də bilirik. Amma biz təslim olmayacağıq».

«Sərhədsuz Reportyorlar» hamını «Azadlıq»a yardım kampaniyasına qoşulmağa çağırır.

«Azadlıq»dan başqa, Azərbaycanda rus dilində nəşr olunan müstəqil «Zerkalo» qəzeti də may ayının 31-dən etibarən nəşrini dayandırmağa məcbur olub. Son günlər müstəqil səslərlə yanaşı vətəndaş cəmiyyətinə də basqılar şiddətlənməkdədir. Avqustun 2-də hüquq müdafiəçisi Rəsul Cəfərov qondarma cinayət işi əsasında 3 aylıq müddətə həbs edilib. Ondan 3 gün əvvəl hüquq müdaiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus da artıq aprel ayından həbsxanada olan jurnalist Rauf Mirqədirovun taleyini bölüşməkdədir.
Ölkədə bir çox QHT-lər də basqı altındadırlar və onların bank hesabları dondurulub. KİV=ə dəstək verən Medya Hüquqları İnstitutu, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu və İREX də bunların arasındadır.

Azərbaycan 2014-cü ilin nəticələrinə görə mətbuat azadlığı indeksi üzrə 180 ölkə arasında 160-cı yeri tutur. Bu ilin may ayında bu ölkə Avropa Şurası Nazirlər Kabinetinə sədrlkiyi qəbul edib. Azərbaycan insan haqları sahəsində 47 ən repressiv rejimlərin arasındadır».