“İntiqam, Ənnağı, Rəşid Haclı-qananlar üçün Azərbaycanın nadir insanlarıdır…”
“Belə vəziyyətdə Azərbaycanda qalmaq və vətəndaş cəmiyyəti sistemində calışmaq, eyni zamanda obyektiv mövqe nümayiş etdirmək mümkün deyil”
Arif Yunusun da həbsi belə bir qənaət yaradıb ki, hakimiyyət ölkədəki bütün hüquq müdafiəçilərinə seçim imkanı buraxmır, ya zindan, ya mühacirət…
Çoxlarını bu sual düşündürür, bundan sonra bu məmləkətin halı necə olacaq?
Hazırda Almaniyada yaşayan hüquq müdafiəçisi, “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Moderator.az-a açıqlamasında deyir ki, yeganə çıxış yolu ölkə xaricində fəaliyyət göstərməkdir:
“Mən Arif Yunusu çox yaxşı tanıyıram. Bir layihələrdə iştirak etmişik. Müxtəlif ölkələrin təmsil olunduğu tədbirlərdə Azərbaycanı həmişə layiqli təmsil edib.
Belə vəziyyətdə Azərbaycanda qalmaq və vətəndaş cəmiyyəti sistemində calışmaq, eyni zamanda obyektiv mövqe nümayiş etdirmək mümkün deyil. Ona görə də xaricdə fəaliyyət göstərmək daha əlverişlidir. Azərbaycanı idarə edənlərin məqsədi bir partiya, bir QHT və əbədi hakimiyyət prinsipi, hakimiyyət artiq buna nail olmaq uzrədir. Bunun əleyhinə getməksə tarana gətmək deməkdir.
Gündəlik həyatda aparılan sənədləşmələr: polis orqanlarında vəsiqə və pasportların sənədləşməsi, sərhəd buraxılış məntəqələrindəki qeydiyyat, təhlükəsizlik xidmətlərinin qeydiyyatı, bank köçürmələri, bank kartlarından istifadə, aviakassalar və digər nəqliyyat növləri ücün biletlərin sənədləşməsi, turizm firmalarındakı sənədləşmə, mobil operatorlardan istifadə və ya onlara abunə ilə baglı sənədləşmə, küçələrdə və müxtəlif yerlərdə yerləşdirilən açıq və ya gizli çəkilişlər, internetdən istifədə və sair sahələrdə gündəlik aparılan qeydlər, eyni zamanda müxtəlif sahələrin “intellektual idarəetmə”nin tətbiqi əslində insanlara nəzarət üçün kifayət edir. Buna görə də əhalinin sayının artmasına baxmayaraq normal ölkələrdə hüqüq- mühafizə orqanları əməkdaşlarının sayı sürətlə azalmaqda davam edir.
Azərbaycan isə elektron intellektual idarəetməyə xərcləri artıra-artıra hüquq- mühafizə orqanlarının da sayını artırır. Bunun qarşısını almaq isə mümkün deyil. Azərbaycanda yaşamaq üçün hakimiyyətin yaratdıgı QHT-də işləməli və hakimiyyəti vəsf etməlisən. Mənim fikrimlə razılaşmayanlar ola bilər. Amma ola bilsin səhv düşünürəm, lakin mən belə düşünürəm.
Azərbaycanda müstəqil QHT-lərin fəaliyyətinə şərait yoxdur. Mən bu gün dostlarımla baglı baş verənlərə görə ürək agrısı keçirirəm. İntiqam, Ənnagı, Rəşid Haclı-Bunlar Azərbaycanın nadir insanlarıdır, onların hər birinin alternativ fikirləri xüsusi çəkiyə malikdir, təbii ki, qananlar üçün.
Azərbaycanda QHT-ləri şərti olaraq 3 qrupa bölmək olar:
1. Tam müstəqil və hakimiyyətin də onlara işlədiyi QHT-lər. Bu QHT- lər dunyanın çox ölkələrində layihələr həyata keçirsələr də heç zaman heç kəsə maliyyə hesabatı vermirlər və haradan maliyyələşməsi bəlli deyil…
2.Baş nazirin müavini Əli Həsənovun sədri olduğu Azərbaycan Respublikası Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən fəaliyyəti koordinasiya edilən, və hümanitar təşkilat adı ilə vergidən qanunsuz olaraq yayınan QHT-lər. Buraya da hakimiyyətdə olan digər şəxslərin himayəsində olan QHT-lər daxildir.
3. Müstəqil QHT-lər. Onlar da istədikləri kimi təşkilatlarını idarə etməyə və ya xilas etməyə çalışırlar. Bütün problemlər də məhz bu üçüncü qrupla baglıdır və davam etməkdədir. Azərbaycanda yaşamaq və QHT sektorunda işləmək dünyanın bütün ölkələrində yaşamaq və işləməkdən asandır. Yalnız bir şərtlə- yalana, rüşvətə və korrupsiyaya şərik olmalısan.”