Vəkili Rəsul Cəfərovla görüşüb

Vəkil Fariz Namazlı Bakı istintaq təcridxanasına yeni köçürülən hüquq müdafiəçisi Rəsul Cəfərovla görüşüb. 
«Görüşümüz bir saata yaxın davam elədi. O ilk gündən dediyi kimi yenə də əsassız həbs olunduğunu və bu həbsin yalnız hüquq müdafiə fəaliyyəti ilə bağlı olduğunu bildirdi. Həbslə bağlı apellyasiya şikayəti vermişik. Həftə sonuna yaxın məhkəmə prosesinin keçiriləcəyi gözlənilir».

Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.