İsrail qoşunları Qəzzanı tərk ediblər

İsrail qoşunları bu gün Qəzza sektorunu tərk ediblər. Bu barədə Trend çərşənbə axşamı AFP-yə istinadən məlumat verir. İsrail ordusunun generalı Moti Almoz agentliyə bildirib: “Orada qoşunlar var idi… lakin onların hamısı Qəzza sektorunu tərk ediblər”. Qeyd edək ki, bu gün səhər saatlarında Qəzzada 3 günlük atəşkəs rejimi formal olaraq qüvvəyə minib.