Fransa Leyla Yunusu azad etməyə çağırdı

Rəsmi Paris Azərbaycan hakimiyyətini hüquq müdafiəçisi Leyla Yunusu azad etməyə çağırır. Bu barədə Fransa hökuməti adından verilən bəyanatda deyilir. Fransanın Xarici İşlər və Beynəlxalq Inkişaf Nazirliyinin yaydığı bəyanatda  Leyla Yunusun həbsindən narahatlıq ifadə olunur və deyilir:

“Bu ilin may ayında Azərbaycana səfəri zamanı Fransa prezidentinin görüşdüyü xanım Yunus insan haqları sahəsində hörmət edilən bir şəxsiyyətdir. Bu sahədə xidmətlərinə görə o , 2013-cü ildə “Fəxri Legion” ordeni ilə təltif edilib”.

Fransa Azərbaycan hökümətini Leyla Yunusu səhhəti ilə əlaqədar həbsdən buraxmağa çağırır. Rəsmi paris həmçinin, Leyla Yunusun müdafiə olunmaq,  o cümlədən vəkillə maneəsiz görüşmək hüququna hörmət etməyə çağırır.

azadliq.info