Ali məktəblərə ixtisas seçiminin vaxtı artırıldı

Ali məktəblərin Bakalavr pilləsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi müddəti artırılıb. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Bildirilib ki, bu gün saat 24:00-da başa çatmalı olan müddət sabah saat 09:00-dək uzadılıb. Bu müddətdən sonra ixtisas seçimini yekunlaşdırmayan abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.