Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyaya növbəti etiraz notasını göndərib. “Unian”ın məlumtına görə, etiraz notasında Ukraynaya qarşı edilmiş Rusiyanın təcavüzündən söz açılır.
Avqustun 1-də 3-dək Ukraynaya qarşı edilən təcavüz aktlarıyla əlaqədar Rusiya tərəfinə qəti etiraz ifadə edilib. “Rusiya tərəfinin bəyanatlarının əksinə, Rusiya ilə sərhəd regionlarından Ukraynanın silahlı qüvvələrinin mövqeləri Rusiyanın ərazisindən artilleriya atəşinə məruz qalır. Rusiya hərbi aviasiyasının və pilotsuz təyyarələrinin Ukraynanın hava boşluğuna müdaxilələri davam edir. Atəşlər nəticəsində mülki əhalinin və hərbi qulluqçuların arasında qurbanlar var, yaşayış və inzibati binalar dağıdılıb”, – deyə Ukraynanın Xarici İşlər Nazirliyinin notasında deyilir.
Xarici İşlər Nazirliyindən bildirilir ki, söhbət Doljanski, Dyakovo və Çervonopartizansk buraxılış sərhəd məntəqələrinə yaxın ərazilərə edilən artilleriya zərbələrindən gedir.