Cəbhəçi gənc şəhidlərlə bağlı dəvətə görə polisə çağırıldı

AXCP Gənclər Komitəsinin üzvü Ruslan Nəsirlinin atası polisə aparılıb. Ondan oğlunun polisə gəlməsi tələb olunur.
Bu barədə azadliq.info-ya AXCP-dən xəbər veriblər.
Xəbərdə deyilir ki, Ruslan Nəsirov Facebook-da ötən gün cəbhədə yaşanan atışma zamanı ordumuzun verdiyi itkilərlə bağlı Ali Baş komandandandan xalqa hesabat verməsini istəyən aksiya üçün dəvət yaradıb. Polisin hərəkətə keçməsi də bununla bağlıdır. “Ruslanın ailəsi saatlı rayonunda yaşayır. Bu gün səhər saatlarında polislər onların evinə gəlib və atasını şöbəyə aparıblar. Ondan tələb ediblər ki, oğlunu tapıb polisə gəlməsini təmin etsin”, – deyə AXCP-nin verdiyi məlumatında bildirilir.
Ruslan Nəsirlinin yaratdığı dəvətdə yazılan qeydlərdən birində onun artıq rayona yola düşdüyü deyilir.