Avropa Məhkəməsi də Rusiyanı cərimələdi

Rusiya YUKOS işinə görə 1.8 milyard avro təzminat ödəməlidir

Avropa Məhkəməsi Rusiyanın YUKOS kompaniyasının keçmiş səhmdarlarına 1.8 milyard avro təzminat verilməsi barədə qərar çıxarıb. Onu da qeyd edək ki, səhmdarlar hələ 2011-ci ildən Rusiyaya qarşı Avropa Məhkəməsinə müraciət etmişdilər. Məhkəməyə müraciət edənlər öncə məhkəmədən 81 milyard təzminat istəsələr də sonradan bu məbləğ aşağı endirilib. Rusiyanın məhkəmənin qərarından şikayət vermə hüququ var.

azadliq.info