Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində evdə “Zalsburq”la qarşılaşan “Qarabağ” rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası olub.