“Neftçi” Bakıda qələbə qazana bilmədi

Futbol üzrə UEFA Avropa Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxan Bakının “Neftçi” komandası doğma meydanında qələbə sevincini yaşaya bilməyib. Oyun qolsuz bərabərliklə başa çatıb.

Komandalar meydana bu heyətlə çıxıb.

“Neftçi”: Saşa Stemankoviç, Karlos Kardosa, Elvin Yuniszadə, Brunu Bertuççi, Araz Abdullayev, Flaviniyo, Julius Vobay, Kaue, Erik Ramos, Mirhüseyn Seyidov və Ernest Nfro

“Çixura”: Maksik Kvilitiya, Qiorqi Kimadze, Şota Kaşiya, Qiorqi Cambul Ciquari, Qiorqi Koripadze, Qiorqi Datunayşvili, David Odikadze, Qioqi Qabedava, Laşa Kutsuxidza, və Besik Dekonadze.