Qəzzada dəhşətli partlayış VİDEO

Hücumların başladığı gündən bu yana Qəzzada 635 adam həyatını itirib

Qəzza küçələrindən canlı yayım üçün quraşdırılan Associated Press kamerasının obyektivinə dəhşətli partlayış kadrları düşüb. ANS PRESS-in məlumatına görə, görüntülərdən partlayışdan məxsusi narıncı rəng sezilir. 

Xatırladaq ki, İordan çayının Qərb sahilində iyunun 12-də itən 3 yəhudinin 18 gün sonra ölü tapılmasının ardından fələstinli gənc Məhəmməd Əbu Hudayr 2 iyulda məskunlaşdırılan yəhudilər tərəfindən qaçırılmış və yandırılaraq öldürülmüşdü.

İsrail ordusunun Həmas tərəfindən atılan raketlərə qarşı 7 iyuldan başlanan istiqamətli hava hücumu, 17 İyul Fələstinə genişmiqyaslı quru əməliyyatı ilə əvəz edilib. 

Hücumların başladığı gündən bu yana Qəzzada 635 adam həyatını itirib, 4 min nəfər yaralanıb. Ölənlərdən 162-sinin uşaq, 78-nin isə qadın olduğu bildirilir.