Günün ulduz falı (23.07.2014)

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Bir zamanlar rəğbətini qazana bilmədiyiniz adama özünüzü sevdirə biləcəksiniz. Ancaq bu cəhdiniz yeni məsuliyyətli yük qatacaq həyatınıza. Bu səbəbdən də bu mövzu ətrafında addım atmazdan əvvəl dərindən düşünün.

BUĞA

Yeni işlərə girişmək üçün dəstəyə ehtiyacınız olmayacaq. Ilk baxışdan günün hadisələrinin bir-birilə əlaqəsi olmadığı sanılır. Ancaq situasiyanı dərindən incələsəniz bunun belə olmadığını anlayacaqsınız.

ƏKIZLƏR

Həyatınıza müdaxilə etməyə çalışan adamlardan biri ilə görüşəcəksiniz. Bu tip şəxslər sizin uzun müddətli planlarınızı reallaşdırmağa maneə ola bilər. Məişət texnikasını almaq üçün münasib gündür.

XƏRÇƏNG

Bu gün müttəfiqlərinizdən yardım təklifi alacaqsınız, ancaq onlardan hansının bunu sidqi ürəklə etdiyini təyin etmək asan olmayacaq. Ulduzlar bu müstəvidə daxili səsinizə qulaq asmağı tövsiyə edir.

ŞIR

Bu gün sizinlə bir kimsə dil tapa bilməyəcək. Bu səbəbdən də hamı sizdən gen durmağa çalışacaq. Gərgin gündür. Başqalarının da qanını qaraltmaqla zəhlətökən olmayın.

QIZ

Yeni ideyalarınızı paylaşmağa tələsməyin. Onları reallaşdıra bilməsəniz lağ obyekti ola bilərsiniz. Hamıya etibar etməyin. Yalnız etibarınızı qazanan dostlarla planlarınızı müzakirə edin.

TƏRƏZI

Planlı şəkildə hərəkət edin. Bu gün çox istəməklə azdan da olacaqsınız. Çox işlər görmək həvəsi sizi daha da geri atacaq. Xüsusilə də düşünülməmiş addımlar bu gün üçün arzuedilməzdir.

ƏQRƏB

Birgə çalışdığınız insanın məsuliyyətsizliyi ilə üzləşə bilərsiniz. Anlaşılmazlığın münaqişəyə çevrilməsinə imkan verməyin. Fikrinizi ən mühüm məsələyə yönəldin. Ev işlərini arxa plana atmayın.

OXATAN

Uğurlu gündür. Qiymətli hesab etdiyiniz informasiyanı heç kimlə bölüşməyin. Çünki bu gün bütün sirlərinizin faş olacağı gözlənilir. Işgüzar danışıqlarda inadkar olun. Əks halda sizin etibarınızdan istifadə edə bilərlər.

OĞLAQ

Fikrinizi ən mühüm məsələyə yönəldin. Birgə çalışdığınız insanın məsuliyyətsizliyi ilə üzləşə bilərsiniz. Anlaşılmazlığın münaqişəyə çevrilməsinə imkan verməyin. Ev işlərini arxa plana atmayın.

DOLÇA

Ürəyiniz istəyən işlərlə məşğul olun. Ünsiyyətləri məhdudlaşdırın. Ev işləri üçün də məhsuldar gündür. Işdəki yorğunluq ucbatından evdə bir sıra görüləsi işləriniz qaldığını unutmayın.

BALIQLAR

Görülən işin keyfiyyətini kəmiyyətə keçirin. Yaxın ətrafınızdakı insanlardan yardım ala bilərsiniz. Günün ikinci yarısında müstəqil çalışmağa cəhd göstərin.