Tanınmış meyxanaçı Bayram Kürdəxanı həbs olunub. Bu barədə unikal.org saytı məlumat yayıb. Meyxanaçı iyulun 12-də Sabunçu Rayon Polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, Bayram Kürdəxanı üzərindən narkotik maddə aşkarlanaraq götürülüb. Artıq meyxanaçı barədə iki aylıq həbs-qətimkan tədbiri də seçilib. Məlumatı Sabunçu Rayon Polis İdarəsindən tədiqləyibləyiblər. Meyxanaçı Bakıxanov qəsəbəsi ərazisində həbs edilib. İrəli sürülən ittihama görə onu 3 ilə qədər həbs gözləyir.
Tanınmış meyxanaçı həbs edildi
•


