Rauf Mirqədirov daha 4 ay həbsdə qalacaq

Nəsimi rayon Məhkəməsi jurnalist Rauf Mirqədirovun həbs müddətini uzadıb. Bu haqda AzadlıqRadiosuna vəkil Elmar Süleymanov məlumat verib. İstintaq orqanının təqdimatı ilə məhkəmə jurnalist barəsində seçilən həbs-qətimkan tədbirinin 4 ay uzadılması haqqında qərar qəbul edib.

2010-cu ildən Türkiyədə yaşayan «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunub və Bakı hava limanında həbs edilib. Vətənə xəyanətdə ittiham olunan jurnalist hazırda MTN istintaq təcridxanasında saxlanılır.