Azər Mehtiyev qarət olundu

Tanınmış iqtisadçı Azər Mehdiyev qarət olunub. Bu barədə o, facebookdakı şəxsi səhifəsində məlumat yayıb. İqtisadçı bildirib ki, bu gün buraxdığı bir neçə səhv ona baha başa gəlib: “Təqribən saat 15:30-da avtomobili “Nizami” metrostansiyasından bir qədər yuxarıda saxlayıb iş dalınca getdim. Gedərkən noutbuk olan çantanı özümlə götürməyə ərindim və avtomobilin oturacağında qaldı. 1 saat yarımdan sonra qayıdanda gördüm ki, avtomobilin yan şüşəsini sındırıb noutbuk çantasını aparıblar”. A.Mehtiyev yazıb ki, çantada noutbukdan başqa bəzi sənədlərim (əmək haqqı kartı, kredit kartı, DSMF kartı, qaz abonomenti kartı və .) və iş sənədləri olub: “Təbii ki, dərhal bankla əlaqə saxlayıb kartların fəaliyyətini dayandırdım, hadisə haqqında 102-yə məlumat verdim. Polis hadisə yerinə gələrək hadisəni qeydə aldı. Kameraların olmadığı qapalı ərazidə avtomobilin park edilməsi və bu zaman noutbuk çantasının avtomobilin salonunda saxlanılması təhlükəlidir – bunu bilə-bilə etdiyim hərəkətə görə özümü qınayıram. Daha bir səhvim noutbukun içində olan və son 1 ildə işlədiyim materialların surətini saxlamamağımdır. Çox əhəmiyyətli və zəhmətlə başa gələn materiallarım əlimdən getdi – məni daha çox incidən budur. Hər kəs öz təhlükəsizliyinə görə özü məsuliyyət daşımalıdır”.