Ziya Məmmədov baş dəmiryolçunu “vurur”?

Hesablama Palatasının Arif Əsgərovu yoxlaması mülahizələrə səbəb olub

Hesablama Palatasının auditorları Arif Əsgərovun rəhbərlik etdiyi “Azərbaycan Dəmir Yolları” QSC-nin tibb xidmətində yoxlamalar aparıb və kifayət qədər ciddi maliyyə pozuntuları aşkarlayıblar. Təkcə dəmiryolçuların mərkəzi xəstəxanasında bir neçə milyon manata yaxın yeyinti aşkarlanıb. Bu barədə “Yeni Müsavat”a QSC-dəki mənbə xəbər verib.

Mənbənin bildirdiyinə görə, QSC-nin tibb xidmətində yoxlama bir neçə ay davam edib və ciddi maliyyə pozuntuları aşkarlanıb. Məlum olub ki, dəmir yolunun gəlirlərinin bir qismi tibb xidməti vasitəsilə silinir. Bu vəsaitlər hesabına QSC-nin tibb müəssisələrində guya “əsaslı təmir” aparılıb və müasir avadanlıqlar “alınıb”. Bir sözlə, olmayan xidmətlərə, alınmayan mallara görə milyonlar silinib.

Məsələn, Hesablama Palatasının auditorları müəyyən ediblər ki, xəstələr üçün alınan çəkələklər hamını şoka salacaq bir qiymətə – 33 manata rəsmiləşdirilib. Hansı ki həmin çəkələklərin bazar qiyməti 1 manatdan çox deyil. Xəstəxanada uşaq şöbəsi olmadığına baxmayaraq, uşaqlar üçün böyük partiyalarla pijamalar alınıb və silinib.

Hesablama Palatasının yoxlamaları 15 günə yaxındır davam edir və kifayət qədər şişirdilmiş qiymətlərlə aşkarlanıb. Qəzet iddia edir ki, sonda rəhbərlik vəziyyətdən çıxış yolu kimi Hesablama Palatasının auditorlarını “yola salmaq” üçün həkim və tibb işçilərindən pul yığımına göstəriş verib. Işçilərdən 500 manatdan 3 min manatadək “təzminat” yığılır.

Hesablama Palatası xəbəri təsdiqləyib. Qurumun mətbuat xidmətinin rəhbəri Nailə Qazıyeva “Qafqazinfo”ya bildirib ki, yoxlamaların nəticəsi və aşkarlanan faktlar barədə ictimaiyyətə məlumat veriləcək: “Hesablama Palatasının əsas funksiyalarından biri də audit yoxlamalar aparmaqdır. Iyun ayının 12-də keçirilən kollegiya iclasında dövlət büdcəsinin ”Səhiyyə” bölməsi üzrə “Azərbaycan Dəmir Yolları” QSC-nin həkim-sanitar xidmətinə ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının hesablanılmasına dair Audit proqramı müzakirə edilərək təsdiq olunub”.

“Hesablama Palatası dövlətin ixtiyarında olan idarədir. Ona görə də tez-tez ÿyoxlamalar aparılır. ÿHazırda bizim xəstəxanada da yoxlama aparılır”. Bunu isə modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, indi yoxlamaların nəticəsi barədə danışmaq tezdir: “Hesablama Palatası mətbuat vasitəsilə də ÿtəsdiq edir ki, yoxlamalar davam edir. ÿHəm Hesablama Palatası, həm də Dəmiryol xəstəxanası indi yekun nəsə deyə bilməz. Nəticələrin qənaətbəxş olub-olmadığı haqqında yoxlamalar bitəndən sonra açıqlama veriləcək”.

Dəmiryol Idarəsinin özündəÿ aparılan yoxlamalara gəlincə, N.Əzməmmədov deyib: “Dəmiryol Idarəsinin özündə yoxlamalar hələ ki aparılmır. Gələcəkdə ÿbelə yoxlamaların aparılacağı barədə nəsə deyə bilmərəm”.

Qeyd edək ki, yayılan məlumatlarda QSC-nin tibb xidmətinin sabiq rəisi Saday Zeynalovun da adı hallanır. Bildirilir ki, maliyyə pozuntuları məhz dövründə qeydə alınıb. Bütün əməliyyatlar onun imzası ilə həyata keçirilib.

Saday Zeynalov isə AzNews.az-a açıqlamasında deyib ki, vəzifəsindən öz ərizəsi ilə çıxıb, hazırda isə “Bakı Metropoliteni” QSC sədrinin sosial məsələlər üzrə müavini vəzifəsini icra edir. Onun sözlərinə görə, tibb xidmətinin rəisi olduğu dövürdə rəhbərlik etdiyi qurumda ciddi maliyyə pozuntusunun olması haqda məlumatlar əsassızdır: “Mənim rəis olduğum illərdə heç bir maliyyə pozuntusu aşkarlanmayıb və həmin dövrdə də Maliyyə Nazirliyi tərəfindən dəfələrlə yoxlamalar aparılıb. Amma heç bir nöqsan aşkarlanmayıb. Indi isə kimsə götürüb, nə isə yazır. Ciddi olmayan xəbərlərə cavab verə bilmərəm”. 

Hesablama Palatası hazırda kənd təsərrüfatı naziri vəzifəsində çalışan qurumun keçmiş sədri Heydər Əsədovun nəzarətindədir. Heydər Əsədov isə nəqliyyat naziri Ziya Məmmədovla qudadır. Bu baxımdan belə mülahizələr irəli sürülür ki, aparılan yoxlamanın arxasında nəqliyyat naziri dayanır.