Meriya partiyanın yer üçün müraciətinə müsbət cavab verdi
Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin iyulun 13-də partiyanın Ali Məclisin sessiyasının, iyulun 16-da isə təşkilatın 25 illik yubileyinin keçirilməsi üçün yer ayrılması barədə müraciətinə cavab verib. AXCP Ali Məclisinin sədri Həsən Kərimov “Azadlıq”a bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti hər iki tədbirin keçirilməsi üçün Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına mədəniyyət evini ayırıb. “Biz sabah Səttar Bəhlulzadə adına mədəniyyət evinin rəhbərliyinə müraciət edib müqavilə bağlayacağıq və tədbirlərimizi keçirəcəyik. Əslində şəhərin mərkəzi hissələrində də bu tədbirlərin keçirilməsi üçün yerlər var. Amma Azərbaycan hakimiyyətinin AXCP-yə münasibəti bəllidir. Ona görə də ucqarda yer ayırıblar. Buna baxmayaraq, biz tədbirlərimizi keçirəcəyik”.


