Ağ Ev ABŞ-ın Azərbaycandakı hazırkı səfiri Riçard Morninqstarı kimin əvəz edəcəyini elan edib. İyulun 8-də verilən açıqlamada qeyd olunur ki, bu postu növbəti 2 il üçün Robert Cekuta tutacaq. Zəngin diplomatik karyeraya sahib olan Cekulta hazırda dövlət katibinin birinci köməkçisi postunu tutur və Dövlət Departamentində Enerji Resursları Bürosunda çalışır. Bundan əvvəl isə o, ABŞ-ın Kabul, Tokio və Berlindəki səfirliklərində müxtəlif vəzifələrdə işləyib. Cekuta Senatın onun namizədliyini təsdiq etməsindən sonra vəzifəsinin icrasına başlayacaq.
www.rferl.org


