YAP Avropaya inteqrasiya olunur

Hakim Yeni Azərbaycan Partiyası Beynəlxalq Mərkəzçi Demokratlar İttifaqına üzv olur. Qurumun faktlaşdırma missiyasının üzvləri bununla bağlı YAP-ın sədr müavini Əli Əhmədovla görüşüb.

YAP-ın rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, Beynəlxalq Mərkəzçi Demokratların faktaraşdırma missiyasının rəhbəri, Avropa Xalqları Partiyasının və BMD-nin baş katibi Antonio-Lopes Isturiz YAP bu təşkilata üzvlüyü ilə bağlı proseslərin uğurlu məcrada getdiyini nəzərə çatdırıb. Görüşdə YAP-ın bu təşkilata üzvlüyə qəbul edilməsi üçün yol xəritəsinin işlənib hazırlanması qərara alınıb.

Qeyd edək ki, Beynəlxalq Mərkəzçi Demokratlar Ittifaqına 62 siyasi təşkilat daxildir. Bu təşkilatların çox böyük hissəsi öz ölkəsində müxalifətdədir. YAP-ın bu ittifaqa maraq göstərməsi hakimiyyətin son dövrlər beynəlxalq aləmdə təklənməsilə bağlı ola bilər. YAP da artıq anlayır ki, beynəlxalq aləmə, xüsusilə Avropaya inteqrasiya olmaq lazımdır.